Təlabaninin imzaladığı GİZLİ ANLAŞMA İDDİASI

Talabani ile Haşdi Şabi arasında gizli bir anlaşma əldə edildiyi irəli sürülüb. “Goran Hareketi”nın parlament üzvü Mesud Heydər bu anlaşmanın detallarını açıqlayıb.
 
Müxalifət.az Türkiyə mediasına istinadən xəbər verir ki, İraqın sabiq prezidentiTəlabaninin oğlu Haşdi Şabi milis gücləri ilə gizli anlaşma imzalayıb.
Iraq Parlamentinin “Değişim Hareketi”ndən (Goran) millət vəkili Mesud Heydər Kürdistan Yurdseverler Birliyinin (KYB) əski baş katibi Celal Təlabani'nin oğlu Bafıl Təlabani ilə Haşdi Şabi səlahiyyətlisi ve Bedir Tugayları Komandiri Hadi Amiri arasında razılığa gəlinən gizli anlaşmanın detallarını açıqlayıb.
 
IRAQ ORDUSU DÖYÜŞ OLMADAN 2014 ÖNCƏSİNDƏKİ YERLƏRƏ GİRƏCƏK
 
Millət vəkili Mesud Heydərın verdiyi açıqlamaya görə, Bafıl Təlabani ilə Xətti Əmiri arasında razılaşdırılan anlaşmada, İraqlı qüvvələr münaqişəsiz bir şəkildə 2014 il öncəsindəki yerlərə qayıdacaq.
Anlaşmada Haləpçə, Süleymaniyyə və Kərkükdən ibarət yeni bir bölgənin yaradılması və bu bölgə üçün bir hökumətin qurulması maddəsi də mövcuddur.
 
 9 MADDƏLİK GİZLİ MÜQAVİLƏ
 
 Mesud Heydərin dediklərinə görə, müqavilədə Bafıl Tələbani ilə Haşdi Şabi rəsmisi Hadi Əmirinin imzası var.
 Məsud Heydərin söylədiyi o müqavilənin maddələri belədir:
 - İraqlı qüvvələr, mübahisəli ərazilərə yenidən yerləşəcək və Peşmərgə qüvvələri geri çəkiləcək.
 -Kərkük, o cümlədən 17 qəsəbə və nahiyə mərkəzi hökumətə təslim ediləcək.
- Kərkük mərkəzində birgə idarəçilik olacaq. 15 Kürd məhəlləsi Kürdlər, 25 məhəllə də digər quruluşlar tərəfindən idarə ediləcək.
- Kərkükdəki strateji yerlərin rəhbərliyi mərkəzi hökumətdə olacaq; buraya Keyvan Qərargahı, hava limanı və neft yataqları daxildir.
 -Süleymaniyyə Hava Limanının açılması.
 -Süleymaniyyə və Kərkükdə məmur maaşlarını mərkəzi hökumət ödəyəcək.
- Süleymaniyyə sərhəddindəki peşmərgələrin pensiyalarını mərkəzi hökumət ödəyəcək.
 
 YENİ BİR BÖLGƏ QURULACAQ, AYRI BİR HÖKUMƏTİ OLACAQ
 
- Haləpçə, Süleymaniyyə və Kərkük bölgəsi yaradılacaq.
- Yeni bölgə üçün yeni bir hökumət qurulacaq.
9 maddəlik anlaşmanın son 2 maddəsi diqqətləri daha çox cəlb edir və məhz bu 2 maddələrə görə, Təlabaninin geri çəkildi düşünülür.
 Müxalifət.az