Təlabani cəbhəsindən BƏRZANİYƏ ŞOK SÖZLƏR

Tələbaninin qardaşı oğlu Lahor Cəngi Tələbani, Məsud Bərzanini “OĞRU” adlandırıb və onu "neft oğurlamaqla" ittiham edib.
 
Müxalifət.az Türkiyə mediasına istinadən xəbər verir ki, Bərzani hökümətindən gələn ittihamlara qarşılıq olaraq Təlabani cəbhəsi də hərəkətə keçib.
İraqda Kürdüstan Yurdsevərlər İttifaqı Partiyasının (KYB) Terrorla Mübarizə rəhbəri Lahor Cəngi Tələbani, İraq Kürd Regional Rəhbərliyi başçısı (IKBY) Məsud Bərzanini "neft oğurlamaqla" ittiham edib.
 Tələbani yazılı açıqlamada IKBY sədri Bərzanini sərt tənqid edib.
 
 UŞAQLARIMIZI ÖLÜMƏ GÖNDƏRMƏRİK
 
 Keçmiş İraq Prezidenti Cəlal Tələbaninin qardaşı oğlu Lahor Cəngi Tələbani bu ifadələri işlədib: “Biz kürd xalqının haqqını müdafiə ilə məşğul olarkən, Məsud Bərzani neft oğurlamaq və nüfuzunu artırmaqla məşğul idi. Övladlarımızı bundan sonra onun (Bərzaninin) mövqeyi üçün ölümə göndərməyəcəyik".
 
 TƏLƏBANİYƏ BAĞLI PEŞMƏRGƏLƏR QAÇDI İDDİASI
 
Qeyd edək ki, Bərzaniyə yaxın media orqanları İraq ordusunun Kərkükə başlatdığı əməliyyatda Tələbaniyə bağlı peşmərgələrin döyüşmədən qaçdığını iddia etmişdi.
Müxalifət.az