​Təl-Əviv vurulacaqdı, böyük savaşa hazırlaşırıq - Nəhhalə

Baxış sayı:
13735

İsrail ordusu hücumlarını davam etdirsəydi, bir neçə saat sonra Təl-Əviv vurulacaqdı.
Muxalifet.az xəbər verir ki, bu sözləri İslami Cihad Hərəkatının Baş katibi Ziyad ən-Nəhhalə deyib.
Baş katib İsrail ordusunun Böyük Qayıdış Yürüşü nümayişlərinin iştirakçılarına atəş açdığını və bu səbəbdən də snayperlərin əsgərləri vurmağa məcbur qaldığını bildirib. Qəzza zolağında yaşanan son hadisələri döyüş güllələrilə keçirilmiş bir təlim kimi qiymətləndirən ən-Nəhhalə qaçılmaz olaraq gördükləri böyük savaşa hazırlaşdıqlarını ifadə edib.
Nəhhalənin sözlərinə görə, İsrail ordusunun atəşkəsi pozmasına dərhal qarşılıq verilməsi ilə bağlı Fələstindəki qruplar arasında anlaşma baş tutub, İslami Cihad Hərəkatı və HƏMAS Qahirədə ortaq əməliyyat bölməsini aktivləşdirməyə qərar verib.