Təkrar zəlzələ gözlənilirmi?: "Azərbaycan əhalisi hazır olsun..." - AÇIQLAMA

Ötən günü Ağdam rayonu ərazisində baş verən zəlzələ Respublikanın əksər rayonlarında hiss olunub.
Muxalifet.az-ın xəbərinə görə, bu barədə AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri Qurban Yetirmişli AZƏRTAC-a açıqlamasında bildirib.
O qeyd edib ki, maqnitudası 5.7 bal, dərinliyi isə 25 km-də yerləşən yeraltı təkanların fəsadları az olur.
“Bizim əməkdaşlar episentr zonasında yerləşən seysmik stansiyanın işçiləri ilə birgə müşahidə aparırlar, gələcək tədqiqatlar üçün işlər gedir. Bu cür zəlzələdə, yəni 5 baldan bir az artıq, normal  tikilmiş binalarda heç bir fəsadlar olmamalıdır. Yalnız kənd yerlərində təsərrüfat yönümlü tikililərə ziyan dəyə bilər. Misal üçün, episentrdə inşa edilən bizim stansiyada heç bir çat belə əmələ gəlməyib”.
Q.Yetirmişli bildirib ki, zəlzələdən sonra 30-dan çox afterşoklar qeydə alınıb:
“Onlardan biri qırılma boyu Bərdə rayonu ərazinə düşüb. Zəif 3 bala kimi hiss olunub. Bu onu göstərir ki, enerji boşalması gedir. Hesab edirəm ki, dünənki gücdə zəlzələ baş verə bilməz. Çünki əsas enerji birinci təkanda getdi. Afterşoklar vasitəsi ilə bir neçə gün enerji boşalması davam edəcək:
Sonda Q. Yetirmişli əlavə edib ki, zəlzələ hər gün baş verir və əhali buna hazır olmalıdır, lakin dağıdıcı zəlzələ gözlənilmir.