“TƏKCƏ SENTYABRIN 27-DƏ DÜŞMƏNİN 500-DƏN ÇOX HƏDƏFİ VURULDU...” - Komandan ilk dəfə jurnalistlər qarşısına çıxdı

Baxış sayı:
1534

“TƏKCƏ SENTYABRIN 27-DƏAzərbaycan ordusunun 44 günlük Vətən müharibəsində düşməni darmadağın edərək onu işğal etdiyi torpaqlardan qovub çıxarmasında artilleriya və raket qoşunlarının da əvəzedilməz rolu oldu. Ümumən, hərb texnologiyalarının nə qədər inkişaf etməsinə, yeni silah sistemlərinin yaradılmasına baxmayaraq artilleriya hələ də “müharibə allahı” olaraq qalır. Azərbaycan ordusunun artilleriya qüvvələri isə hazırda dünyanın ən güclü ordularının artilleriyası ilə müqayisə olunacaq gücdədir. Çünki Azərbaycan ordusunun artilleriya qüvvələrinin silahlanmasında həm böyük atəş gücünə malik müxtəlif tipli artilleriya, reaktiv artilleriya və raket sistemləri ilə yanaşı düşmənin atəş açan artilleriyasının yerini dərhal müəyyən edən müasir radiolokasiya sistemləri də var.

Xatırladaq ki, 44 günlük müharibədə Azərbaycan ordusunun artilleriya və raket qoşunları düşmənin həm ön xətdə, həm müdafiəsinin dərinliklərində yerləşən mövqelərinə, hərbi infrastrukturuna dağıdıcı zərbələr endirmişdi. Artilleriyanın bu müharibədə oynadığı rol barədə ilk dəfə Azərbaycan ordusunun Raket və Artilleriya Qoşunlarının komandanı, general-mayor Ağamir Sultanov jurnalistlərə danışıb.

General deyib ki, təkcə döyüşlərin birinci günündə, yəni sentyabrın 27-də artilleriya bölməri tərəfindən düşmənin 500-qədər hədəfi məhv edilib. Universal radiolokasiya komplekslərinin tətbiqi ilə düşmənin atəş açan raket və artilleriya vasitələri aşkar olunaraq dərhal cavab atəşi ilə susdurulub, məhv edilib və yerdəyişməyə məcbur edilib. Yerdəyişməyə məcbur edilən düşmənin artilleriya vasitələri PUA-lar tərəfindən asanlıqla aşkar olunaraq məhv edilib.

General Sultanovun sözlərinə görə,  Vətən müharibəsində təkcə artilleriya qoşunları tərəfindən düşmənin 380-dən çox artilleriya vasitəsi məhv edilib. O qeyd edib ki, Azərbaycan Ordusunun müasir, universal radiolokasiya komplekslərinin tətbiqi ilə düşmənin atəş açan raket və artilleriya vasitələri aşkar olunaraq dərhal cavab atəşi ilə susdurulub, məhv edilib və yerdəyişməyə məcbur edilib.

General əlavə edib ki, Şuşa şəhərinin işğaldan azad olunmasına və qələbəyə aparan çətin ərazidən və düşmənin gözləmədiyi istiqamətdən, mühəndis qoşunları tərəfindən çəkilən dar, təhlükəli və keçilməsinə böyük peşəkarlıq tələb edən dağ-meşə yolundan müvəffəqiyyətlə keçən özüyeriyən və reaktiv qurğular, yerinə yetirdiyi fasiləsiz, dəqiq və sərrast atəş tapşırıqları ilə hücum edən bölmələrimizin atəş dəstəyini təmin etmişdi.

 

A.Sultanov bildirib ki, əməliyyat taktiki raket və reaktiv artilleriya divizionları kimi uzaqmənzilli raket sistemlərinin dəqiq atışları ilə düşmənin əməliyyat planları pozuldu və məğlubiyyətinə səbəb oldu.

General A.Sultanov onu da deyib ki, Şuşa şəhəri düşməndən azad ediləndən sonra ermənilər 49-cu tank, 8-ci motoatıcı briqada, 6 və 7-ci alaylardan ehtiyatlarını cəlb etməklə Xankəndi istiqamətindən əks həmlə etməyə cəhd etmişdi”. Onun sözlərinə görə, raket artilleriya qoşunları bölmələri düşməni Xankəndindən Şuşa istiqamətində “zapravka” deyilən ərazidə darmadağın etdi və onların əsas hissəsini sıradan çıxardı. ”Bununla da düşmənin əks həmlə əzmi qırılıb. Düşmənin əks həmləsi boşa çıxdı”,-komandan bildirib.

 “Çox təəssüf ki, qələbə itkisiz əldə olunmur. Mən şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm. Onu da xüsusi qeyd edim ki, hücuma keçən tərəf kimi, bizim itkimiz müdafiə olunan düşmənin itkisindən iki dəfə azdır. Yəni, düşmənin itkiləri bizimlə müqayisədə iki dəfədən çoxdur”, - general vurğulayıb.

Qeyd edək ki, ikinci Qarabağ müharibəsində Azərbaycan ordusunun pilotsuz uçan aparatlardan artilleriya atəşlərinin korreksiyası üçün necə yüksək effektivliklə istifadə etməsi hazırda dünyanın qabaqcıl ölkələrinin hərbi mütəxəssisləri tərəfindən beşinci nəsil müharibə təcrübəsi kimi öyrənilməkdədir./Virtualaz.org

DÜŞMƏNİN 500-DƏN ÇOX HƏDƏFİ VURULDU...”