Təkbaşına aksiya keçirən AXCP fəalı həbs olundu

Ötən gün siyasi məhbuslara azadlıq tələbiylə təkbaşına aksiya keçirən AXCP üzvü Füzuli Hüseynov Səbail polisi tərəfindən saxlanılıb.
 
 Bir sutka ərzində onun barəsində yaxınlarına heç bir məlumat verilməyib. Bugün səhər saatlarında Füzuli Hüseynov Səbail rayon məhkməsinə gətirilib və məhkəmənin qərarı ilə 10 sutka azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Füzuli Hüseynov bir müddət əvvəl də təkbaşına aksiyalar keçirmişdi və sonuncu dəfə Nəsimi rayon məhkəməsinin qərarı ilə 200 manat cərimə olunmuşdu.