​Tək səbəb 2030-cu il... - SAVAŞ BAŞLADI

Yaxın Şərqdə bir gecədə tarazlığı dəyişdirə biləcək hadisə baş verdi. Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın yerinə göz dikə biləcək 11 şahzadə və 39 digər yüksək vəzifəli şəxs həbs olundu.
Muxalifət.az xarici KİV-ə istinadən xəbər verir ki, həbslərə kral Salman bin Əbdüləziz əs-Səud tərəfindən qurulan və şahzadə Məhəmməd bin Salmanın rəhbərlik etdiyi komissiya yaşıl işıq yandırıb.
Komissiya qurulduqdan dərhal sonra həbs dalğası başlanıb. Gözlənildiyi kimi, həbs olunanların hamısı müxalif adlar idi. Ən diqqətçəkən adlar isə kral Abdullahın 2-ci oğlu olan və taxtda idda etmə potensialına sahib şahzadə Mutaib bin Abduləziz və şahzadə Turku bin Abdulla oldu.
Beləliklə, vəliəhd şahzadə mümkün bir saray çevrilişi cəhdinin qarşısını alıb. Həmçinin qəfil həbslərin səbəbi kimi şahzadənin 2030-cu il hədəfləri göstərilir.
Qeyd edək ki, şahzadə Salman 2 il əvvələ qədər yalnız ölkəsində tanınırdı. 2015-ci ildə kral Abdullah öldükdən sonra onu qardaşı Salmanı əvəz etdi. Ölkədə taxt atadan oğla deyil, qardaşdan qardaşa keçdi. Kral Salmanın isə o vaxtkı daxili işlər naziri və vəliəhd şahzadə Məhəmməd bin Nayifla əvəzlənəcəyi gözlənilirdi. Lakin kral Salman iyun ayında Məhəmməd bin Nayifi həm nazir vəzifəsindən, həm də vəliəhd şahzadə statusundan məhrum etdi və müdafiə naziri olan oğlu Məhəmmədi vəliəhd şahzadə təyin etdi.
“Nyu York Tayms” qəzetinin bir müddət əvvəl yazdığına görə, Məhəmməd bin Nayifin hətta saraydan çıxması qadağan olunub.
Xatırladaq ki, İranın yarı-rəsmi informasiya agentliyi kimi tanınan “Fars” hələ avqust ayında Məhəmməd bin Salmana sui-qəsd cəhdi olduğunu iddia etmişdi. İddiaya görə, şahzadə Məhəmmədi öldürməyə çalışan şəxs kral ailəsindən olan başqa bir şahzadədir.
Agentliyin yazdığına görə, siyasi analitiklər kral Salman bin Əbdüləziz əl-Səudun qısa müddət ərzində taxtdan imtina edəcəyini proqnozlaşdırırlar. Bildirilir ki, vəliəhd şahzadəyə sui-qəsd cəhdinin hədəfi də məhz onun taxta əyləşməsinin qarşısını almaq olub.
“El Rey el Yevm” qəzeti isə iddia edir ki, kral Salman oktyabr-dekabr aylarında taxtdan imtina edəcək.
İxtisasca iqtisadçı olan Məhəmməd bin Salman “Vizion 2030” adı verilən və Səudiyyə Ərəbistanı tarixinin ən böyük iqtisadi islahat proqramı adlandırılan layihəni idarə edir. Layihə ölkə büdcəsinin neftdən olan asılılığın azaldılmasını, turizm sektorunun hüquqlarının Məkkə və Mədinədən çıxarılmasını və “Aramco” neft şirkətinin qismən özəlləşdirilməsini nəzərdə tutur.
Onun vəliəhd şahzadə təyin edilməsindən bir müddət sonra Rusiya əleyhinə verdiyi bəyanat isə dünyanın gündəmini zəbt etmişdi. KİV-in qeyri-rəsmi iddialarına görə, şahzadə Suriyadakı Rusiya qüvvələrini “üç günə məhv edə biləcəklərini” bildirib.