"Tək amalın dələduzluqla pul toplamağın idi..." - Fuad Abbasova azərbaycanlı jurnalistdən SƏRT İTTİHAMLAR

Baxış sayı:
17899

AZRU informasiya portalının baş redaktoru, politoloq Roman Ağayev Rusiyada fəaliyyət göstərən azərbaycanlı jurnalist Fuad Abbasovın haqqında ağır ifadələrdən ibarət olan açıqlama verib. 

Muxalifet.az demokrat.az-a istinadən həmin açıqlamanı olduğu kimi təqdim edir: 

"Doğma Azərbaycanımızın füsinkar təbiətli Xaçmaz rayonunun çayxanasındakı VİP kabinetdən ilk efirin mübarək, ay Fuad!

1) Camaat səndən harda olduğunu soruşur, maraqlanır. Bəs niyə cavab vermirsən? “Müəyyən səbəblərdən başqa yerdən efirə çıxıram” deyirsən. Nə səbəblərdi o, başqa yerin adı nədi? Sən bu milləti daha nə qədər aldadacaqsan, avam və primitiv düşüncəli hesab edəcəksən, dələduz? Sənə şərhlərdə sual olundu ki, yerini de. Heç bir şey olmayıbsa, Moskvadasansa, niyə studiyandan efirə çıxmırsan? Yoxsa otağında “FUAD” virusu tapıb karantinə bağlayıblar? Niyə açıqlamırsan olanları, niyə gizlədirsən?

2) WhatsApp qruplarının birində sənə uyğun olmayan “kişisayağı” görüş tələb etmişdin mənimlə. Cavabını yazdım, buyur gəl, gözləyirəm. Bəs haralarda qaldın, yoxsa gizləndiyin və gizlətdiyin yerdən buraya nəqliyyat tapa bilmirsən?

3) Sən savadsıza bir daha xatırladıram ki, mənim soyadım Ağayevdir, Babayan deyil. Babayan sənin dostundur, efirdə mızıqlaşmağınızın da kadrları var. Sənə atalıq qayğısı göstərib efirlərinə maneəsiz giriş təmin edib həmin Babayan. O həmin Babayandır ki, məhz onun göstərişilə sənin Qarabağımızı müdafiə edən politoloq Samir Məmmədovu susdurmaq cəhdlərini əks etdirən kadrlar da var, açıqlanacaq və geniş ictimaiyyətə təqdim ediləcək. Sən və Aydın Mehdiyev, iki şərəfsizlərin, Samir Məmmədovu müdafiə etmək əvəzinə rəisiniz Babayanın dedikləri ilə xaincəsinə hərəkətlərinizi ifşa edən kadrlardı bu. Ucuz ifadələrinlə məni təhqir etməyin heç bir faydası yoxdur, nəticəsi isə mütləq olacaq. Ağbaş olduğumu efirdən deyirsən. Allahıma min şükür edirəm ki, məni belə dünyaya gətirib, bu cür doğulmuşam, valideynlərim də mənə gözəl tərbiyyə verib. Amma sən buna istənilən məsələnin müzakirəsində işarə edirsənsə, nə qədər tərbiyyəsiz və əxlaqsız olduğunu sübut edib validenylərinin boynunu yerə soxursan. Afərin.

4) Martın 1-dən etibarən şəxsən mənə qarşı iyrənc saxtakarlıqların cavabsız qalmayacaq. Demədiyim şeyi dediyimi, olmadığım yerdə olduğumu, etmədiyim videomüraciəti etdiyimi xalqa-millətə zorla saxtakarlıq və feyk yollarla sırayan və inanmağa məcbur edən, hətta həyat yoldaşımın adını o nəcis dolu murdar ağzına gətirən sən deyilsənmi ki, azərbaycançılıqdan və ya “vorovskoy ponyatkalardan” bağıra-bağıra dəm qırırsan? Mən həyat yoldaşımla fəxr edirəm. O bir azərbaycanlı kimi balalarımızı maarifləndirir, onların uğurlarını təbliğ edir, xüsusi rubrikamızda onlardan yazır, sənin kimi Ağadadaşdan yox. Gənclərimizin sağlam və uğurlu inkişafına öz tövhəsini verir. Amma sən zəvzəməkdən başqa nə bacarırsan, böhtan, yalan və saxtakarlıqlardan başqa əlindən nə gəlir, ay bədbəxt?

5) Qarabağdan ağzıdolu danışırsan. Bir elementar suala cavab ver. Sən Azərbaycan vətəndaşı ola-ola ordu sıralarında niyə qulluq etməmisən, hərbi qulluqdan niyə yayınmısan, hansı səbəblərdən, ay fərari? 1998-ci ildə ali məktəbi bitirdikdən sonra niyə orduya getməmisən, xidmətdən niyə yayınmısan, elmi dərəcən də yoxdur ki, bunu əsas gətirib orduda xidmət etməyəsən. Buyur, göstər səbəbləri sadalanan sənədləri. Baxaq görək ki, haran ağrayır, hansı yerin səni incidir? İndi olsaydı, heç olmaya fərz edərdik ki, bir yerini divana sürtməkdən babasil qazanmısan, ağrısı səni behuş edib. Bəs cavanlıqda nə idi səbəb? Buyur, de gəlsin. Müdafiə Nazirliyinə müraciət lazımdırsa, onu da edərik.

6) Efirə çıxmaq üçün bir telefonun belə bəs elədiyi bir halda millətimizin zəhmətkeş insanlarının yalançı vətənpərvərlik şüarları ilə qılığına girib dələduzluqla aldatdığın və nəticədə 500 min dollardan artıq topladığın vəsaiti neylədin? Rəhmətlik jurnalist və millətimizin fəxri Orxan Camalın yeniyetmə oğlu Mansurun dəstəyi mahnısı ilə öz şəxsi kartının nömrəsini efirdə verib başsız qalmış bir ailənin faciəsi üzərində yığdığın pulları neylədin? Ailəsinə çatmayıb, ona görə soruşuram. Hanı bütün bunların hesabatı? Studiya üçün avadanlıq deyirsənsə, bunu almağa sənə Füzuli Məmmədov 5 min dollardan artıq vəsait verməklə yardım edib. Bəs qalanı?)) Türkiyədə evin ola-ola, Azərbaycanda da evin və torpaq sahən ola-ola evsiz qaldığını deyib dilənən, xalqımızın hissləri ilə oynayıb nəticədə milyonlar toplayan və evinin kreditini bağlayan sən deyilsənmi? 1998-ci ildən bəri 17 il Rusiyada olub diasporun pis-yaxşı bir dənə də tədbirində heç iştirakçı kimi olmayan, əvəzində Kalininqradda iki şirkət təsis edib min hokkalardan çıxan, nəticədə isə vergilərdən yayınıb Moskvaya qaçıb gələn dələduz! 2-3 il yuyulmamış qaşıq kimi ortalığa atılıb on illərlə diasporumuzda çalışan insanlara qanunsuz məktub yazmağı və harasa göndərməyi nə üzlə öyrədirsən? Sən kimsən? Rusiyanın müxtəlif regionlarında ailə-uşağının boğazından kəsib müxtəlif tədbirlər təşkil edən diaspor nümayəndələrimizin işini Ağadadaş prizmasından qiymətləndirib aşağılamağa, alçaltmağa sənin kimi bir zibilin, tullantının nə haqqı var? Elə sənin özün də onun kimi erməni faişəsisən, ondan da beş betər. Sən Azərbaycan vətəndaşlığı olan erməni terrorçususan.

7) Sən iyrəncin efirdən aylarla dediyin hansı məsələ həll edilib? Camaata niyə yalan danışırsan? Nooldu bəs sənin bar-bar bağırdığın qurultay? Rusiya qanunlarına hörmət edən insan xalqı, milləti qanunsuz toplantılara sürükləməz. Amma sən xalqı, milləti neynirsən. Tək amalın dələduzluqla pul toplamağın idi ki, bunu da elədin. Allah o aldanmış zəhmətkeşlərin bir qəpiyini belə sənə rahat yeməyə nəsib etməsin inşallah!

8) “Diaspor nümayəndələri varsa, ora gəlməyəcəm” deyib bu şərtlə Fudsiti-də Novruz şənliyinə qatılıb sənə qoşulan meyxananın sədası altında meymunluqla feyziyyab olan sən sonradan bütün diaspor təmsilçilərinin qatıldığı 22 mart Novruz şənliyinə niyə gedirsən? Həəə, mən bunu niyə sual edirəm ki)) Axı küçə faişələrinin nə vaxtdan prinsipləri olub? Varlı müştəri həvəsi ilə qaça-qaça getmisən. Elə bu hərəkətin də sənin asanlıqla satılan mahiyyətinin və hərraca qoyulan “kişiliyinin” sübutudur.

9) AzərRosa gəlincə. Mehriban Sadıqova təşkilatın prezidenti və Rusiya prezidenti yanında Şuranın üzvüdür. O, bir azərbaycanlı xanımdır, anadır. Gözəl ailəsi, iki övladı və gözəl nəvəsi var. Səndən fərqli olaraq hamısı da azərbaycanlıdır və millətini sevənlərdir. Təşkilat sənin kimi ünsürlərin minlərinə tab gətirib. Gətirəcək də inşallah. Çünki hər bir haqsızlığın sonu iflasdır. AzərRos zəngin təşkilat deyil, bacardığı kimi çalışır. Sənə Mehriban xanıma tərbiyyəsiz təhqirlər söyləməyə kim ixtiyar verib? Sən Mehriban xanımın və AzərRosun elədiyinin 1%-ni belə etmədiyin halda əxlaqsız sifarişçilərinin tələbi ilə ona və təşkilata qarşı nə vaxta qədər it kimi hürəcəksən? Bir xanıma qarşı nə cür iyrənc təhqirlər yağdırırsan, bilərəkdən ona qarşı alcaq söyüşlərin təşəbbüskarı olursan. Utanıb yerə girmirsən? O söyüşlərin hamısı sənin ana-bacılarına, yaxın və əzizlərinə söyülür. Mənə qarşı söyülənlər də. Bunu belə biləsən, alcaq ünsür və iyrənc məxluq. Sən özün neyləmisən? Bəlkə topladığın milyonlardan bir kilo alma alıb uşaq evinə aparmısan azərbaycanlıların və ya heç olmasa, cəhənnəm, öz adından? AzərRosun həm özündə, həm Federal Şurasında çox layiqli, vətənpərvər və sən boşboğazdan fərqli olaraq özünü reklam və pul xatirinə yox, azərbaycançılıq naminə real işlərə həsr edən, durmadan fəaliyyətdə olan gözəl insanlar var. Sən kimsən ki, onların istefasını tələb edirsən? Sən dedin – onlar da qorxub qaçdılar. Ay-hay.

 

                                                        Roman Ağayev

10) Sən özünə niyə ağzıdolu jurnalist deyirsən? Nə rus dilində, nə də ki Azərbaycan dilində savadlı iki kəlmə bir şey yaza bilmirsən. Səndən nə jurnalist? İşlədiyin bütün yerlərdən peşə uyğunsuzluğuna görə it kimi qovulan sən deyilsənmi? Özünü kimə tanıtdırmaq istəyirsən? Sən dələduz, saxtakar və təxribatçısan. Jurnalist yox. Jurnalist olan kəs Rusiyanın 7 bankında kart hesablarını və oraya toplanan milyonlarla pulu neyləyir görəsən? Bütün bunların da çıxarışları var. Sən də bunu gözəl bilib xalqdan gizlədirsən. Buyur təqdim elə. Hə, lap yadımdan çıxmışdı az qala. Fudsiti-də Azərbaycan prezidentliyinə sənin namizədliyinin irəli sürülməsi kampaniyası çərçivəsində yığdığın o kağızları da camaata təqdim elə. Qoy millət öz “qəhrəmanını” daha yaxından tanısın. Xaçmazda internet zəifdirsə, mən kömək edə bilərəm...

11) Yalançı erməni xofu yayan, Azərbaycan-Çeçen münaqişəsini pul toplamaq xatirinə qızışdırıb sonradan “sakitləşdirilməsində” çirkin nəticələrinə nail olan sən deyilsənmi? Sən ermənilərin nəyinə lazımsan ki, onlar səni məhv etsinlər? Milləti aldatma. Sən onların ən yaxın dostu, ən qiymətli kadrı, əlaltısı və onların görmədiyi işi diasporumuzda görən, onların bacarmadığı dağıdıcı fəaliyyətini məharətlə bacaransan. Onlar sənin kimi dostunu, tərəfdaşını, icraçısını itirməyə razı olarmı? Əlbəttə, yox. Onlar sənə “Funtik” ləqəbi də qoyublar və fəaliyyətinlə olduqca razıdırlar, o boş başına gündə and içirlər ki, kaş yatmış azərbaycanlılar sənin iç üzünü açmasınlar, səni qəhrəmanlaşdırsınlar, sənə pul da göndərsinlər, onlar isə altın-altın öz işlərini yeritsinlər. Elə bilirsən hamı çörəyi qulağınla yeyir və bu barədə heç kimin xəbəri yoxdurmu? Yanılma, Funtik. Yeri gəlmişkən, Funtik cizgi filminin personajıdır, balaca donuz balası, çoşqa. Nə qəşəng də ad tapıblar, tam sənə yaraşır. Fərq yalnız ondadır ki, o cizgi personajı gülərüzdür, sənin isə sifətindən zəhrimar yağır.

12) Sən nə haqla Azərbaycan hakimiyyət strukturlarına müraciət edib imza toplayırsan ki, sən zəvzəkdən fərqli olaraq diasporumuzda zəhməti olan şəxslər Azərbaycana buraxılmasınlar? AzərRosun Federal Şurasının üzvləri, prezienti və s.? Haranın tulasısan sən? Yoxsa Azərbaycanın müvafiq orqanlarını özün kimi aciz bilirsən ki, sənin mənasız kağız-kuğuzuna fikir versinlər? Azərbaycanda gigiyena baxımından aftafaya üstünlük verildiyindən sənin kağızlarına heç Vətənimizin tualetlərində də yer yoxdu. Heç olmaya Rusiyanın müvafiq orqanları sənin göndərmiş olduğun kağızları tualetdə yerləşdirib. Yazıqlar neyləsin, aftafa yoxdu axı. İşlərinə sənin makulaturan yarayıb...

13) Sənin uydurmalarını ifşa edən hər kəsə erməni və Vətən xaini damğası vurursan, murdarsifət. Məni, Mehriban Sadıqovanı, Fazil Qurbanovu, Kamran Rüstəmovu, Qüdsi Osmanovu, Xanoğlan Əliyevi, Vidadi Abbasovu, Şirvan Kərimovu, Tofiq Rzayevi, Tərlan Qasımovu, Şamil Tağıyevi, Vagif Adığözəlovu, Anar Həsənovu, Samir Məmmədovu, Toğrul Allahverdilini və yüzlərlə adlarını sadalamadığım intellektual, səviyyəli və əməli iş aparan fəalları sənin işinə maneə törədənlər kimi qələmə verirsən. Sən bizim çölə tulladığımız zibil də ola bilməzsən. Sənin çürük mahiyyətin barədə həqiqəti yazan kəs dərhal separatist, erməni, Vətən xaini olur. İndi də Qafqaz Ömərov. Ona da çəmkirdin, ona qarşı təhdidlər edirsən, ləkələyirsən. Bu sənin dəsti-xəttindir əlbət. Amma bu da öz başında çatlayacaq mütləq. Son efirində elm xadimi Kamran Rüstəmova ilişməyə başlamısan. Sənin onunla nə işin? Onun savadı, həyat təcrübəsi yanında sən kimsən? Sən get daşnak-xaylarına tulalıq elə. Fazil Qurbanov öz müsahibəsində sənə və sənin kimilərinə münasibətini bildirib. Sən isə onu təhqir etmisən və ona qarşı təhqirlərə təşəbbüskar olmusan. Bunlar da erməni çıxdı? Niyə ölüb yerə girmirsən? Hələ üzün də var danışmağa. O axırıncı çayxana efirində Fazil Qurbanovun adını çəkmədin, Kamran müəllimi ittiham etdin. Görəsən niyə, ay ədalətli, cəsarətli oğlan? Fazil Qurbanov prezident İlham Əliyevin qohumudu deyə qorxdun, eləmi? Yanındakını vurdun, özünü vurmağa gücün çatmadı? Şalvarına buraxdın, batırdın özünü? Əlbəttə. Həm də nə haqqın var ki? Sən kimsən ki, zəhməti ilə elm sahəsində o boyda zirvələrə yüksəlmiş akademikə və hörmətli ağsaqqala söz deyəsən. Görəsən, Mehriban Sadıqova prezidentin qohumu olsaydı, sən hansı tərzdə cikkildəyərdin, hansı quşları buraxardın?

14) Bizlər çoxuq, bundan sonra da çox olacayıq. Çünki biz xalqımızı sevirik, onun həqiqəti bilməsini istəyirik, onun sənin kimi əclaflara ədalətli qiymət verməsinə çalışırıq. Bu son deyil, bu başlanğıcdır. Sənin sonunun başlanğıcı. Sənin kimi Vətən xainini, satqını, dələduzu, saxtakarı və təxribatçını ifşa edib məhv etmək hər birimizin borcudur. Bizə böyük əziyyət də çəkmək lazım gəlmir. Hamımız işimizi davam etdiririk. Vətən naminə, xalq naminə, Azərbaycan naminə, Rusiya-Azərbaycan dostluğu naminə. Amma sən xəstəsən, diaqnozun da bəllidir. Sən özün özünü uçuruma aparırsan və sonda da məhv edəcəksən. Çünki bütün bacarıqlarını inkişafa, birləşməyə, vəhdətə deyil, qarşıdurmaya, nifrətə, alcaqlığa və düşmənçiliyə yönəldirsən. Sənin o murdar işlərindən heç biri baş tutmayacaq, sonu uğursuzluq və iflasdır. Sən isə unudulacaqsan, tarixin zibilliyindədir yerin... Vaxtında bədəni ilə canfəşanlıqla alver edən, amma yaş ötdükcə, gözəlliyi solduqca müştərilərini bir-bir itirib sonda tənha qalan pozğun əxlaqsız qadın kimi...

P.S. Yazdığım bəzi kəlmə və sözlərin ədəbi-bədii üsluba bir qədər uyğun olmadığı üçün oxuculardan üzr istəyirəm. Amma bu nə məqalədir, nə rəsmi müraciət. Həm də Fuadın dediklərinə, elədiklərinə qarşı bunlar hələ komplimentdir.

Təşəkkürlər!

Həm milli mənsubiyyəti, həm də zahiri görünüşü ilə fəxr edən
Roman Mətləb oğlu Ağayev".