​“Timoşenkoya hücüm və...” - Poroşenkodan Saakaşviliyə İKİ TƏLƏB

Ukrayna prezidenti Pyotr Poroşenko Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşviliyə ittifaq bağlamağı təklif edib.
Bu haqda “NewsOne” telekanalının efirində Saakaşvilinin özü bildirib.
Onun sözlərinə görə, dövlət başçısının tələblərindən biri “Batkovşina” Partiyasının lideri, keçmiş baş nazir Yuliya Timoşenkoya qarşı hücumların təşkili idi.
“Mənim qarşısımda iki tələb var idi. Birincisi, Yuliya Timoşenkoya hücüm etməliydim, çünki Timoşenko onun xoşuna gəlmir. İkincisi, Poroşenko mənə dedi ki, müdafiə sektorunda korrupsiyaya toxunmaq hüquqlarına malik deyiləm”, - gürcü siyasətçi deyib.
Saakaşvili bildirib ki, bu tələbləri yerinə yetirməkdən imtina edib. Siyasətçi qeyd edib ki, tələblərin yerinə yetirilməsindən imtina onun üçün müxtəlif nəticələrlə nəticələnə bilər.
“Poroşenko bildirdi ki, Ukrayna Təhlükəsizlik Xidməti bütün bu vaxt ərzində mənimlə bağlı dəlillər toplayıb və bunları hakimiyyətə yaxın olan mediaya ötürəcəklər”, - keçmiş qubernator yekunlaşdırıb./publika.az/