Timoşenko məhkəmə qarşısına çıxarılacaq - Saakaşviliyə görə

 Ukrayna KİV-in verdiyi xəbərə görə, Saakaşvilinin «dövlət sərhədini yarıb keçdiyinə » görə, Ukraynanın «Batkivşina» partiyasının başçısı Yuliya Timoşenko noyabrın 2-də mülki iş üzrə məhkəmə qarşısına çıxarılacaq.

Dövlət məhkəmə administrasiyasının mətbuat xidmətinə istinadla, «Ukrainskaya pravda» xəbər verir ki, işə Lvov vilayətinin Mostisk rayon məhkəməsində baxılacaq.
İclası hakim Yuri Belous aparacaq. Bundan əvvəl o, sərhədi qeyri-qanuni keçdiyinə görə, Gürcüstanın eks-prezideni, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilini cərimə etmişdi.
Xatırladırıq ki, sentyabrın 10-da Ukrayna vətəndaşlığından məhrum edilmiş Saakaşvili Ukraynaya qayıdıb. Bu qayıdışda ona çoxsaylı tərəfdarları kömək ediblər. Onların arasında Ali Radanın deputatları, o cümlədən, Yuliya Timoşenko da qeydə alınıb. Prosesdə iştirakına görə, onun haqqında «Mirotvorets» saytında məlumat dərc olunub./azpolitika.info