​Tillersonun vəziyyəti PİSLƏŞDİ

Baxış sayı:
2146

Amerikanın dövlət katibi Reks Tillersonun bütün səfərləri təxirə salındı.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, ABŞ-ın dövlət katibi Afrika ölkələrinə ard-arda səfərə çıxıb. Lakin növbəti Keniyaya planlaşdırdığı səfərin təxirə salınması media nümayəndələrinin diqqətini çəkib.
Dövlət katibinin müavini jurnalistlərə açıqlama verərək, səfərin təxirə salınmasının Reks Tillersonun səhhətində yaranan problemlə əlaqəli olduğunu bildirib:
"R.Tillersonun ciddi bir xəstəliyi yoxdur. Narahat olmağa əsas da yoxdur. Sadəcə planlaşdırmadığımız vəziyyət yarandığından yaxın həftələrə təyin edilən bütün görüşlər təxirə salınıb".