​Tillersonu dövlət katibi təyin edən Kremldir - SENSASİYA

Baxış sayı:
5005

Moskva Respublikaçılar Partiyasından prezidentliyə namizəd Mit Romninin ABŞ dövlət katibi təyin edilməsinə mane olub.
Muxalifət.az xəbər verir ki, bu barədə informasiyanı “Nyu Yorker” jurnalı britaniyalı keçmiş casus Kristofer Stilə istinadən yayıb. Stil bu məlumatın ona Rusiyadakı yüksək vəzifəli siyasətçilərdən birinin verdiyini deyib.
O, Moskvanın xüsusi kanallarından istifadə edərək, Donald Trampın qəsdən başqa şəxsi dövlət katibi etməyinə çalışıb. Eks-casusun fikrincə, burada Rusiya üçün əsas məqam yeni dövlət katibinin Ukrayna ilə yaxın olmaması və Suriya məsələsində güzəştə getməsi olub.