​Tillersondan Çavuşoğluna və Lavrova: Bundan narahatam

Baxış sayı:
763

ABŞ Dövlət katibi Reks Tillerson Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu və Rusiya Xarici İşlər naziri Sergey Lavrovla telefon danışığı aparıb.
Muxalifet.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Hazert Nauert məlumat verib.
O bildirib ki, rəsmilər Afrin əməliyyatını müzakirə ediblər.
Tillerson Türkiyənin hərbi əməliyyatını dəstəklədiklərini bir daha nümayiş etdirib, həmçinin, mülki vətəndaşların taleyindən narahatlığını bildirib.