Tillerson: “Tramp və Putin dil tapdılar”

ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında ilk görüş zamanı pozitiv kimya yaranıb.
 
RİA Novosti agentliyinin verdiyi xəbərə görə, bu barədə jurnalistlərə ABŞ-ın dövlət katibi Reks Tillerson bəyan edib.
 “Prezidentlər arasında danışıqlar çox konstruktiv olub. Hər iki lider qısa zaman ərzində bir-biri ilə dil tapdılar. Aşkardır kı, Tramp və Putin arasında pozitiv kimya yaranıb”, deyə R.Tillerson bildirib.
 Qeyd edək ki, bu gün Almaniyanın Hamburq şəhərində, G-20 zirvə toplantısı çərçivəsində ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında görüş keçirilib.