​Tillerson Keniyaya səfərini təxirə saldı- BU SƏBƏBDƏN

Baxış sayı:
1702

ABŞ-ın dövlət katibi Reks Tillerson Keniyaya planlaşdırdığı səfərini təxirə salıb. Trend-in məlumatına görə, buna səbəb dövlət katibinin səhhətində yaranan problemlər olub.
Dövlət katibinin müavininin sözlərinə görə, R.Tillersonun xəstəliyi çox ciddi deyil: "Narahat olmağa dəyməz. Sadəcə bəzi planlaşdırılmış görüşlərin vaxtı bir qədər sonraya qədər təxirə salınıb".
Qeyd edək ki, ABŞ rəsmisi Afrika ölkələrinə səfərə çıxıb.