Tillerson ABŞ səfirinə nifrət edir - İki səbəb

ABŞ Dövlət katibi Reks Tillerson ölkəsinin BMT-dəki səfiri Nikki Xeyliyə nifrət edir.
 
Bu məlumatı "Nyu Yorker" jurnalı yayıb.:
"Bu nifrətə səbəb Xeylinin işindəki uğurlardır. Belə ki, Xeyli artıq iki dəfə ABŞ-ın Şimali Koreyaya qarşı snaksiyalar layihəsini BMT Təhlükəsizlik Şurasında qəbul elətdirə bilib. Tillerosnun fikrincə, Xeyli onun vəzifə səlahiyyətlərinin bir neçəsini artıq mənimsəyib".
Jurnalın məlumatına görə, nifrətə ikinci səbəb kimi ABŞ Prezidenti Donald Trampın Xeyliyə dövlət katibliyi postunu təklif etməsi olub./teleqraf.com