​TILLERSON: “ABŞ qoşunları İŞİD məğlub olanadək İraqda qalacaq”

ABŞ qoşunları İŞİD məğlub olanadək İraqda qalacaq.
APA-nın “AP” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın dövlət katibi Reks Tillerson bəyan edib.
 “Terrorçular İraqda tam məhv olanadək, biz İraqda qalacağıq”, deyə R.Tillerson bildirib.
O həmçinin  qeyd edib ki, İraqın baş naziri Heydər əl-Abadi ABŞ əsgərlərinin ölkəni tərk etməsini tələb etməyib.