"TikTok" rəhbərliyi Trampın təhdidlərinə cavab verib

Baxış sayı:
563

"TikTok" şirkətinin baş direktoru Vanessa Pappas ABŞ cəmiyyətinin göstərdiyi dəstəyə görə istifadəçilərə təşəkkür bildirib.

APA-nın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, şirkət rəhbəri bu barədə tvitter səhifəsində yazıb.

Bildirib ki, ABŞ-da uzun müddət qalmaq niyyətindədirlər: "Hər gün "TikTok"-dan istifadə edən, gündəlik həyatımıza yaradıcılıq və sevinc gətirən milyonlarla amerikalıya təşəkkür edirəm. Çoxsaylı dəstəyinizi gördük. Heç bir yerə getmək planımız yoxdur... Uzun müddət buradayıq".

Qeyd edək ki, bundan əvvəl “New York Times” qəzeti ABŞ-ın IT nəhəngi olan “Microsoft”un "TikTok" xidmətini əldə etmək üçün ByteDance ilə danışıqlar aparması ilə bağlı xəbər dərc etmişdi. Sonradan prezident Donald Tramp ABŞ-da "TikTok" tətbiqini qadağan etməyi planlaşdırdığını açıqlamışdı.