Tik-Tok ulduzu Azərbaycana qaçdı – NAZİR ONA İNTİM VİDEO GÖNDƏRİB

Baxış sayı:
3436

Pakistanlı TikTok ulduzu (TikTok-qısa videoların yayılması üçün sosial şəbəkə platformasıdır, son vaxtlar dünyada sürətlə populyarlaşır) Harem Şah ölkəsini tərk edərək Azərbaycana qaçıb. Və buradan Kanadaya getməyə hazırlaşır.

“Pakistan Today” nəşri yazır ki, Harem Şah hazırda Bakıdadır və Kanada vətəndaşlığı üçün müraciət edib. “Mən Kanadaya uçacağam, çünki Kanada vətəndaşlığı üçün ərizə vermişəm və Pakistana geri qayıtmaqla bağlı heç bir planım yoxdur. Mən Bakıdan Kanadaya uçacağam”,-o sosial şəbəkələrdə bildirib.

Harem Şah Peşəvər şəhərinin kasıb rayonlarından birində anadan olub, o, universitet tələbəsi idi. Lakin təhsili yarımçıq qoyub və sosial şəbəkələrdə karyera qurmağa başlayıb. Yaraşıqlı olduğu üçün o, Facebook-da sürətlə populyarlaşıb. Habelə TikTok platforması üzərindən videolar paylaşmağa başlayıb.

Harem Şahın  Pakistanın məşhur şəxsləri ilə bağlı videoları internetdə virus kimi yayılıb. Xüsusən də onun nazirlərlə və hökumət məmurları ilə, o cümlədən baş nazir İmran Xanla videoları böyük populyarlıq qazanıb. Bir neçə həftə əvvəl Harem Şah baş nazirin ofisindən video paylaşıb. Həmin videoda o, İmran Xanın kreslosunda oturur, hökumət binasının konfrans zalında görünür. Habelə bundan əvvəl Harem Şah Xarici İşlər Nazirliyinin binasından video paylaşıb və hökumət bu video ilə əlaqəli araşdırma başladıb. Paytaxtın ən mühüm hökumət binalarından birinə sosial şəbəkə ulduzunun kim tərəfindən buraxıldığını araşdırmaq üçün.

Harem Şahın baş nazirin ofisindən video paylaşması da qalmaqal yaradıb. Onun hökumət başçısının ofisinə necə keçdiyi, kimlərin belə şərait yaradığı məlum deyil.

Növbəti qalmaqal isə Pakistanın federal dəmiryolları naziri Şeyx Rəşidlə bağlı yaşanıb. Belə ki, Harem Şahın adından sosial şəbəkədə yayılan videoya əsasən o, nazirlə videozəng vasitsilə danışır. Söhbətin bir məqamında Harem Şah nazirin ona göndərdiyi intim videoları xatırladır və Şeyx Rəşid dərhal söhbəti kəsir, videoəlaqə dayanır.

İndi pakistanlı sosial şəbəkə ulduzunun Bakıdan bildirdiyinə görə, bəzi adamlar onun adından bir neçə saytlarda və sosial şəbəkələrdə saxta hesablar yaradaraq təbliğat aparırlar. “Həmin saxta hesablar üzərindən yayılan informasiyaların mənə dəxli yoxdur. Mənim təkcə bir hesabım var-“Hareem Shah Official”. İnternetdə iddia etdikləri kimi, mənim baş naziri təhdid etdiyim haqda deyilənlər də uydurmadır”,-o bildirir.

Dəmiryolları naziri ilə bağlı videoya gəldikdə isə Hareem Şah deyir ki, nazir iki gün əvvəl onunla əlaqə saxlayıb və həmin videonun yayılmasına görə qəzəblənib. O isə deyib ki, həmin videonu özü yaymayıb və kimlərin bunu internetə sızdırdığını bilmir. /Virtualaz.org