Tiflisdən Rusiyaya müəmmalı səfər

Baxış sayı:
10307

Gürcüstan parlamentinin bir qrup deputatı qarşıdakı günlərdə Gürcüstan-Rusiya münasibətlərini müzakirə etmək üçün Moskvaya gedəcək. Bu barədə Gürcüstan parlamentinin vitse-spikeri İrma İnaşvili məlumat verib. O, təxribat nəticəsində Rusiya-Gürcüstan münasibətlərinə zərbə dəydiyini deyib: “Təxribatçılar ölkəmizi geri itələdilər və bu ilk deyil. Tanrının yardımı ilə yenidən çıxış yolu tapacağıq. Dostlarımın Moskvaya səfərinin ölkəmiz üçün faydalı olacağına əminəm”. Gürcü millət vəkillərinin Moskvaya nə vaxt gedəcəyi və orada kiminlə görüşəcəyi isə məlum deyil. Qeyd edək ki, iyunun 20-dən Gürcüstanda Rusiya əleyhinə etiraz aksiyaları keçirilir. Buna etiraz edən Rusiya tərəfi iyulun 8-dən Gürcüstanla təyyarə reyslərini dayandırıb. Bundan başqa, vətəndaşlara müraciət edən Rusiya hökuməti Gürcüstana səfər etməməyi məsləhət görüb./teleqraf