​“Tiflisdəki etirazların səbəbi...” – MEDVEDYEV ZURABİŞVİLİYƏ ETİRAZ ETDİ

Baxış sayı:
3379

Zurabişvilinin son bəyanatı qeyri-peşəkarlıqla hazırlanıb.
 
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Baş naziri Dmitri Medvedyev deyib. Onun sözlərinə görə, bu cür ritorika, eləcə də antirusiya əhval-ruhiyyəsi Moskvanın öz turistlərinə Gürcüstanı ziyarət etməsi məsələsində lazımi məsləhət verməsiylə nəticələnəcək. O, bunun nəticəsində Gürcüstanın iqtisadiyyatında real problemlər olacağını bildirib.
 
Medvedyev situasiyanın gərginləşməsində radikal müxalifəti ittiham edib. Baş nazir Tiflisdəki etirazların səbəbinin Gürcüstanın siyasi sistemində olan partlayışının olduğunu deyib.
 
Qeyd edək ki, Zurabişvili bundan öncə Rusiyanı düşmən və işğalçı adlandıraraq, onun Gürcüstanın daxili problemlərindən yararlanmağa çalışdığını bildirmişdi.