Tiflisdə Saakaşvilinin partiyasının liderlərindən birinin maşını partladıldı

Tiflisdə sabiq prezident Mixail Saakaşvilinin partiyasının - "Vahid milli hərəkat"ın liderlərindən biri olan Givi Tarqamadzenin avtomobilini partladıblar.
Muxalifet.az "Gürcüstanın xəbərləri"nə istinadən bildirir ki, bu haqda deputat Nuqzar Siklauri "Rustavi 2" telekanalının efirində məlumat verib.
Onun sözlərinə görə, sürücü və yoldan keçən iki nəfər zərər çəkiblər. Onların vəziyyətin ağır olduğu bildirilir.
Partlayış nəticəsində avtomobilin arxa hissəsinə əhəmiyyətli dərəcədə zərər dəyib. Hadisə yerinə patrul və kriminal polisin əməkdaşları göndərilib.