Tiflisdə parlament binası önündə aksiya keçirilir

Baxış sayı:
1324

Gürcüstanın paytaxtı Tbilisidə Rustaveli prospektində yerləşən parlament binası önündə kütləvi aksiya keçirilir.

“Qafqazinfo” gürcü mediasına istinadən xəbər verir ki, aksiya “İşğala qarşı birlikdə” şüarı altında gənc fəallar tərəfindən “Qavrilov gecəsi”nin ildönümü münasibəti ilə başlayıb. Mitinqə müxalif partiyaların liderləri və tərəfdarları, eləcə də sabiq prezident Georgi Marqvelaşvili də qoşulub. Aksiya səbəbindən Rustaveli prospektində hərəkət dayanıb və nəqliyyat vasitələri alternativ yollara yönləndirilib.

Koronavirus pandemiyası səbəbindən mitinqçilər arasında sosial məsafəni qorumaq üçün yerlərə stikerlər yapışdırılıb.

Xatırladaq ki, 20-21 iyun 2019-cu ildə Tbilisidə keçirilən Parlamentlərarası Provaslav Assambleyasının 8-ci sessiyasında Rusiya nümayəndə heyətinin rəhbəri, Dövlət Dumasının deputatı Sergey Qavrilov Gürcüstan parlamentinin spikerinin kürsüsündə əyləşmişdi. Bu isə ölkədə kütləvi etirazlara səbəb olmuşdu. Aksiyalar zamanı 240 nəfər xəsarət almış, 300-dən çox iştirakçı saxlanılmışdı.