Tiflisdə Fərman Ceyranlının məhkəməsi başladı

İyulun 12-də Tbilisi Şəhər Məhkəməsində azərbaycanlı cərrah, "Lanset" klinikasının həmtəsisçisi Fərman Ceyranlının işi üzrə hazırlıq iclası keçirilib.
 
F.Ceyranlının vəkilləri "Azadlıq" radiosuna bildiriblər ki, onun hüquqlarını Gela Nikolashvilinin rəhbərlik etdiyi vəkil heyəti müdafiə edir.
Vəkillər F.Ceyranlının ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıblar. Ancaq məhkəmə F.Ceyranlının gizlənə bilməsi ehtimalını əsas gətirərək vəsatəti təmin etməyib.
Proses iyulun 25-də davam ediəcək.
F.Ceyranlının vəkilləri hesab edirlər ki, onun həbsi siyasi sifarişlidir. Məlumdur ki, Azərbaycanın müxalifət nümayəndələri onun klinikasında müalicə olunublar.