TİFLİSDƏ BƏLƏDİYYƏ SEÇKİLƏRİNİN İKİNCİ TURU: Kaxa Kaladze 56,3% səslə seçkilərdə qalib gəldi - YENİLƏNİB

Baxış sayı:
812

Oktyabrın 30-da Gürcüstanda keçirilən bələdiyyə seçkilərinin ikinci turunda ilkin nəticələr açıqlanıb.

Bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Bildirilib ki, hakim Gürcü Arzusu Partiyasının namizədləri 20 şəhərdən 19-da qalib gəliblər.

Müxalifətin – Vahid Milli Hərəkat partiyasının namizədi isə yalnız Tsalencixa şəhərində qələbə qazanıb.

Tbilisidə səslərin 99,87 faizi, digər şəhərlərdə isə bütün səslər sayılıb.

İlkin nəticələrə əsasən, Tbilisinin hazırkı meri Kaxa Kaladze səslərin 55,6% faizini alaraq yenidən mer seçilib. Müxalif Vahid Milli Hərəkatın namizədi Nika Meliya isə 44,4 faiz səs toplayıb.

Rustavi, Kutaisi, Poti və Batumi kimi böyük şəhərlərdə də hakim partiyanın namizədləri qələbə qazanıblar.

Qeyd edək ki, yerli seçkilərin ilk turu oktyabrın 2-də keçirilib. Gürcü Arzusu Partiyası birinci turda 46,7 faiz səs yığaraq 64 bələdiyyədən 44-də qələbə qazanmışdı.

Mənbə: TASS

*** 23:57

Gürcüstan paytaxtının hazırkı meri Kaxa Kaladze bələdiyyə seçkilərinin ikinci turunda 56,3% səs toplayıb.

Qafqaz.media TASS-a istinadla xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının seçki məntəqələrinin 0,26 faizinin hesablanmasından sonra dərc olunmuş ilk məlumatında deyilir.

Kaladzenin müxalif Vahid Milli Hərəkat Partiyasından olan rəqibi Nika Melia 43,7% səs toplayıb.