​Tiflisdə azərbaycanlının restoranında insident – 3 NƏFƏR XƏSARƏT ALDI

Baxış sayı:
1114

Tiflisdə “Qəhrəmanlar meydanı” ərazisində yerləşən, azərbaycanlıya məxsus “Ağa” restoranında ötən gecə insident baş verib.
APA-nın məlumatına əsasən, mübahisə nəticəsində baş vermiş əlbəyaxa davada 3 nəfər xəsarət alıb. Onlardan biri xəstəxanaya yerləşdirilib.
İnsidentlə bağlı bir nəfər saxlanılıb.
Gürcüstanın Daxili İşlər Nazirliyi araşdırma aparır.
Qeyd edək ki, Azərbaycan və gürcü mətbəxli restoranın əsas müştərilərini Gürcüstana gələn xarici turistlər təşkil edir.