​Tiflisdə Azərbaycan əleyhinə tədbir keçirildi - Foto

Baxış sayı:
6043

Erməni Apostol Kilsəsinin Gürcüstan Yeparxiyası növbəti dəfə təxribat xarakterli tədbirini keçirib.
Muxalifet.az  armenianchurch.ge saytına istinadən xəbər verir ki, Tiflisdə baş tutan “Tanınmayanlar Tanınanlar Haqqında” adlı tədbirdə Dağlıq Qarabağ ərazisinə aid tarixi məkanlar erməni abidələri kimi təqdim edilib.
Belə ki, tədbirdə rəssam Qoar Akopyan tədbir iştirakçılarına qondarma respublikaya (Artsax) sonuncu səfərindən söz açıb və orada olan tarixi abidələrdən danışıb.