​Tiflis silkələndi - Zəlzələ

Baxış sayı:
5005

Noyabrın 5-də saat 17:36-da Gürcüstanın paytaxtı Tiflisdə zəlzələ baş verib.
Muxalifet.az xəbər verir ki, yeraltı təkanların gücü Rixter cədvəli üzrə 2,9 bal gücündə olub.
Zəlzələnin episentri Tiflisdən 11 kilometr aralıda Patara Lilo ərazisində olub. Şəhərin Varketili və Lilo rayonlarında yeraltı təkanlar daha çox hiss edilib.
Dağıntı və tələfat barədə hələlik heç bir məlumat yoxdur.