Tiflis ermənisi Lavrov-Kalantarov Abxaziyada qondarma "Cavaxetiya" dövləti yaratmağa hazırlaşır?

Baxış sayı:
7639

Kimlər ki, erməni millətçiləri haqqında hansısa illüziyalar qurur,onlar bir şeyi başa düşməlidirlər: ermənilər yalnız özlərindən olanları "insan" və "xalq" hesab edirlər. Digər millətlərin nümayəndələrini nə “insan”, nə “xalq” yerinə qoymurlar və onların ermənilərin gözündə heç bir hüququ yoxdur. Xüsusilə ermənilərin “xoşuna gələn torpaqlarda”.
Muxalifet.az 
bu barədə "kavkazplus" saytına istinadla xəbər verir.
Məsələn, Gürcüstan Abxaziyasında ermənilər "xalq" nümayəndələridir. Onlar 1992-1993-cü illər müharibəsi zamanı həlak olan gürcülərin və gürcü qaçqınlarının evlərini və mənzillərini zəbt etmiş "tam hüquqlu" separatçı “erməni vətəndaşlar"a çevriliblər və Gali rayonunun gürcülərini bütün insan hüquqlarından məhrum ediblər. Onlar “erməni xalqının” nümayəndəsini separatçı Abxaziyanın "prezidenti"etmək üçün də ciddi şəkildə "əsas yaradırlar". Abxaziyadan qaçqın düşən 300 min gürcü qaçqın və digər 30 min Qali gürcüsü də onların nəzərində "xalq" deyil.
Çoxmillətli Rusiyanın XİN naziri, Gürcüstan və gürcülərə nifrət dolu “erməni millətçisi” Serqey Lavrov-Kələntərov, də “erməni olmayan"lara qarşı  eyni “faşist" mövqenin daşıyıcısıdır. Ermənistana son səfəri zamanı Sergey Lavrov bu fikirləri bir daha təsdiqlədi.
Burada o, öz “həmtayfalarını” sevindirən bir ifadə işlətdi:
"”Dağlıq Qarabağ xalqı” və onun əhalisi olmadan, bu münaqişəsinin həlli ilə bağlı hər hansı razılaşmaya gəlmək mümkün deyil", Lavrov dedi və Ermənistanın bu razılaşmanı sadəcə imzalamayacağını söylədi.
Lavrov-Kalantarovun fikrincə 60-100 min Qarabağ ermənisi "Dağlıq Qarabağın xalqı"dır, öz yurdlarından qovulan 1 milyondan çox Qarabağ azərbaycanlısı Dağlıq Qarabağın "xalqı" deyil?

Belə bir yanaşma Azərbaycan üçün (ermənilərin öz müqəddaratını həll eləmə mövqeyindən çıxış elədiklərinə görə) həm də Gürcüstan üçün təhlükəlidir.
Baş verənlərin aydın olması üçün belə bir misal göstərəcəyik. Xatırladaq ki, indi Tiflisdə gürcülər və ermənilərin nisbəti Qarabağ müharibəsindən əvvəl orada azərbaycanlılar və ermənilərin nisbəti kimidir.  1 milyon Tiflis əhalisinə qarşı 100000 "Tiflis xalqı" sayılan erməni nümayəndəsi var. Bu “Tiflis erməni xalqının” nümayəndələrindən biri də məhz erməni millətçisi Sergey Lavrov Kalatarovdur. Valideynləri Tiflis erməniləridir.
Lavrov-Kalantarovun məntiqinə görə, yalnız onun kimi ermənilərin «erməni şəhəri Tiflisin” taleyini "xalq" olaraq təyin etmək hüququ var. Bundan başqa, erməni millətçiləri Gürcüstanın paytaxtını boş yerə “erməni şəhəri” adlandırmırlar.
Belə ki, Gürcüstan Abxaziyasının taleyi faktiki olaraq, indi "xalq" olaraq "Abxaziyanın erməni icması" həll edir. Bundan əlavə, erməni millətçilərinin nöqteyi-nəzərindən burada “artıq“ bütün gücülər dəhşətli etnik təmizləyə məruz qalmış və qovulmuşlar. Abxaziyada “erməni hökmranlığına” etiraz etməyə çalışan bir neçə abxaza hədə -qorxu gəlindi və “səsləri susduruldu" - indi onlardan səs-səmir yoxdur və taleləri haqqında heç nə məlum deyil.
Əgər işlər belə davam edərsə, Samtsxe-Cavxetidə tezliklə “Cavaxkın erməni xalqı” da hər şeyə qərar verəcək və «öz müqəddaratını həll edəcək”.
Yeri gəlmişkən, nədənsə heç kim Sergey Lavrov-Kalantarovun niyə bu ərəfədə Ermənistana gəldiyinə diqqət etmədi. Rusiya-Ermənistan münasibətlərinə aid suallarla yanaşı, onun səfəri “gürcü məsələsi” ilə də bağlı ola bilər.
Muxalifet.az, Şükürova Ülviyyə