Tiflis Avropadan yardım istədi: "Rusiyanı razı salın ki..."

Baxış sayı:
4321

Beynəlxalq tərəfdaşlarının işğal məsələsində Gürcüstana yardımı mütləqdir.

Axar.az xəbər verir ki, bunu Litvada çıxışı zamanı Gürcüstan Prezidenti Salome Zurabişvili deyib. Onun sözlərinə görə, bu yardım özünü Rusiya ilə mövcud olan danışıqlar formatında özünü göstərməlidir:

“Bu gün ərazilərin işğalı, qanunsuz sərhəd çəkilməsi, hərəkət azadlığının məhdudlaşdırılması Rusiyanı beynəlxalq münasibətlərdə olan prinsiplərlə toqquşdurur. Bizə tərəfdaşlarımızın dəstəyi lazımdır ki, beynəlxalq təşkilatların prosesə cəlbi daha effektiv olsun. Bu konflikt və işğalın həll edilməsi üçün vacibdir. Avropa liderləri Rusiyanı Gürcüstana münasibətdə güc tətbiqi və təhdidlərdən imtina etməyə inandırmalıdırlar”.