​Tiflis aksiyalarının təşkilatçısı ölümlə hədələndi

Baxış sayı:
5113

Son günlər Tiflisdə keçirilən etiraz aksiyalarının təşkilatçılarından olan Giqa Makaraşvili ölümlə hədələnib.
Muxalifet.az xəbər verir ki, bu barədə ictimai fəal özü məlumat yayıb.
O, tanımadığı şəxslərdən ölümlə hədələndiyi mesajlar aldığını bildirib.
G.Makaraşvili təhdidləri fəaliyyəti ilə əlaqələndirib.
İctimai fəal polis bölməsində olub. Gürcüstan Daxili İşlər Nazirliyi təhdidlərlə bağlı istintaqa başlayıb.