Ticarət müharibəsində 90 günlük atəşkəs

Baxış sayı:
5602

ABŞ prezidenti Donald Tramp Çin prezidenti Şi Tsinpinlə “möhkəm və özəl” münasibətlərə malik olduğunu və ABŞ-Çin ticarət sazişinin amerikalı fermerlərinin Pekinə daha çox məhsul satmasına yardım edəcəyini bildirir.
 
Tramp bu şərhlərini şənbə günü Argentinada Şi ilə razılıq əldə ediləndən sonra səsləndirib. Razılığa əsasən iki ölkə yeni ticarət sazişinin danışıqlarını həyata keçirəcəkləri növbəti 90 gündə bir-birinin ixracına heç bir tarif tətbiq etməyəcəklər.
Ağ Evin iqtisadi məsələlər üzrə müşavifi Larri Kudlou deyib ki, Birləşmiş Ştatlar Çinin 1 trilyon dollar həcmində Amerika məhsulu almaq öhdəliyi götürməsinə nail olub.
Birləşmiş Ştatlar 2017-ci ili Çinlə ticarət münasibətlərində 335.4 milyard dollarlıq defisitlə yekun vurub.