Ticarət mərkəzi alovlandı, sahibkar diri-diri YANDI - Azərbaycanda DƏHŞƏTLİ OLAY

Baxış sayı:
690

Tovuzda ticarət mərkəzində yanğın hadisəsi baş verib.
Muxalifət.az-ın Trend-ə istinadən verdiyi məlumatına görə, hadisə rayon ərazisindəki Nəsimi Ticarət Mərkəzində baş verib. Gecə saat 23:00 radələrində Ticarət Mərkəzinin içərisində yerləşən gül dükanında qəfil yanğın başlayıb. Yanğının qarşısı alınsada da, dükanın sahibi, 1956-cı il təvəllüdlü Əmiraslanova Nərgiz Hüseynqulu qızı ağır yanıq xəsarətləri alıb.
Hadisə nəticəsində N.Əmiraslanovanın bədəninin 65 faizi yanıb. Yaralı Gəncə şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.