Tibbi maskadan istifadə etməyənlər sərnişin qatarlarına BURAXILMAYACAQ
8-05-2020 22:53
Baxış sayı:
1480
Sabahdan tibbi maskadan istifadə etməyənlər Bakı Dəmir yol vağzalı, eləcə də digər stansiyaların ərazisinə və elektrik qatarlarına buraxılmayacaqlar.
Bu barədə məlumatı “Azərbaycan Dəmir Yolları” QSC yayıb.
Məlumata görə, sərnişinlərin bu qaydaya əməl edib-etməmələrinə nəzarəti Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin tabeliyində olan Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları yerinə yetirəcək.
"Sərnişinlərimizdən özlərinin və başqalarının sağlamlıqlarına biganə yanaşmamaları, tibbi maskalardan istifadə etmələri xahiş olunur",deyə məlumatda qeyd edilib./Report