Tibbi əlcək taxmayan aktrisa hücuma məruz qaldı

Baxış sayı:
1423

Məşhur rusiyalı aktrisa Viktoriya Tarasova supermaketdə hücuma məruz qalıb.

Bu barədə o, “Sobesednik” nəşrinə müsahibəsində danışıb.

Buna səbəb onun tibbi əlcəkdən istifadə etməməsi olub. Münaqişə supermarketin kassasında yaşanıb. Aktrisa ondan öndə duran alıcının təsərrüfat süngəri bağlamasını əli ilə kənara çəkib. Qadın aqressiv reaksiya verib.

“O, mənim əllərimdən vuraraq qışqırmağa başladı: “Heç nəyə əl vurmayın! Siz nə edirsiniz? Bu hamısı mənimdir!”, - Tarasova qeyd edib. – Mən onun sakitləşməyini xahiş etdim. Ancaq çılğın xalanı dayandırmaq olmurdu”.

Aktrisanın sözlərinə görə, o, dava etməyib və güclə cavab verməyib. Münaqişəyə səbəb olan süngərləri isə Tarasova özü alıb və hazırda istifadə edir.

V.Tarasova əlavə edib ki, ictimai yerlərdə o, həmişə tibbi maskadan istifadə edir, lakin rezini sevmədiyinə görə tibbi əlcək taxmır. Aktrisa əllərini antiseptiklə təmizləyir./Report