Tibb Universitetinin prorektoru işdən çıxarıldı

Azərbaycan Tibb Universitetində prorektor işdən çıxarılıb.
 
Unikal.org-a daxil olan məlumata görə, universitetin İnzibati - təsərrüfat işləri üzrə prorektoru Aydın Vəliyev tutduğu vəzifədən azad edilib.
Vəliyev açıqlamsında bildirib ki, işdən öz ərizəsi əsasında gedib.
Qeyd edək ki, A.Vəliyevin yerinə Tağı Əhmədzadə təyin edilib.