Tibb bacısı olan sevgilisini koronavirusa görə öldürdü, NƏTİCƏ NEQATİV ÇIXDI

Baxış sayı:
4747

Antonio de Paçe adlı bir kişi ona koronavirus yoluxdurduğu iddiası ilə tibb bacısı olan sevgilisi Lorena Kvarantanı boğaraq öldürüb.

“Sözcü” xəbər verir ki, hadisə İtaliyanın Sicilya Muxtar Vilayətinin Messina şəhərində baş verib.

Məlumata görə, 28 yaşlı kişi ilə sevgilisi L.Kvaranta eyni xəstəxanada işləyirlərmiş. 27 yaşlı qadının meyitini evdə tapan polis A.Paçenin də intihara cəhd etdiyini vurğulayıb. Təqsirləndirilən şəxs prokurora ifadəsində qadını ona koronavirus yoluxdurduğu üçün öldürdüyünü irəli sürüb.

Maraqlıdır ki, müvafiq araşdırmadan sonra həm A.Paçe, həm də L.Kvarantanın meyiti xəstəxanaya aparılıb. Orada koronavirus testinin nəticəsi isə hər ikisində neqativ çıxıb.

Qeyd edək ki, İtaliya koronavirusun ən sürətlə yayıldığı ölkələrdən biridir. Burada indiyədək 115 mindən çox koronavirusa yoluxma faktı qeydə alınıb. Pandemiya qurbanlarının sayı isə 14 000-ə yaxınlaşıb.