Təhsilin distant təşkili ilə bağlı yeni dəyişikliklər - CANLI YAYIM

Baxış sayı:
661

Təhsil naziri Emin Əmrullayev Azərbaycanda tədris prosesin dekabrın 1-dək distant qaydada təşkili ilə bağlı brifinq keçirilir.

Virtualaz.org xəbər verir ki, mətbuat konfransında Nazirlər Kabinetinin qərarı ilə xüsusi karantin rejimi dövründə fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili təmin edilməsi ilə bağlı qaydalara dəyişikliklər müzakirə edilir.

Ermənistanın təcavüzü nəticəsində 9 şagird həlak olub...

Emin Əmrullayev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib ki, sentyabrın 27-dən indiyədək Ermənistanın təcavüzü nəticəsində 9 şagird həlak olub, 50-yə yaxın məktəb yararsız vəziyyətə düşüb. Erməni terroru nəticəsində həlak olanların yaxınlarına başsağlığı verirəm.

VPN istifadə edənlər çətinliklə qarşılaşa bilərlər

Nazir əlavə edib ki, müəllimlər və şagirdlərlə birgə nə qədər çətin olsa da, bu mürəkkəb prosesdən çıxacaqlarına əmindir. "Ölkədə “Teams” kimi platformalarda kifayət qədər işlər görülüb. Aidiyyatı dövlət qurumları ilə birgə həmin platformanın işləməsi üçün testlər aparılıb. Həmin platformalar növbəti həftələrdə VPN-siz işləyəcək. VPN istifadə edənlər çətinliklərlə qarşılaşa bilərlər”,- o bildirib.

“Son 10 gün ərzində hazırlıq işləri aparılıb”

Bunu Təhsil naziri Emin Əmrullayev təhsillə bağlı keçirdiyi brifinqdə bildirib.

Nazir qeyd edib ki, mümkün qərarlar verilib: “Qərarla tədris 2 noyabrdan dekabrın 1-dək distant formada aparılacaq. Bu qərarın icrası müəyyən çətinliklər yaradacaq.

Ötən dövrlərdə onlayn-distant təhsillə bağlı təcrübə var, müəllimlər və ailələr çətinliklərlə üzləşsə də, bu üsulla növbəti bir neçə həftədə təhsili onlayn qaydada həyata keçirəcəyik.

İctimaiyyət nümayəndələri, məktəblər, müəllimlərlə ünsiyyətdə oluruq. Mövcud olan çətinliklərə baxmayaraq, uşaqların tədrisdən uzaq qalmasındansa, onlayn qaydada təhsil daha məqbul hesab edilir”.

Ülviyyə Xudiyeva