​ TƏHSİLDƏ ŞOK YEYİNTİ! – 10 milyon manatdan çox dövlət vəsaitinin mənimsənildiyi aşkara çıxarıldı...

Laçın rayon sakini, hal-hazırda Ağcabədi rayon Taxta-Körpü ərazisində Şeylanlı Obasında müvvəqəti məskunlaşmış  Xudayarov Baxşeyiş Salyan oğlu tərəfindən Muxalifet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə, prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, maliyyə naziri Samir Şərifova, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevə müraciət edən şikayətçi bildirir ki, Dövlət Maliyyə Nəzarəti Xidmətinin 10 saylı Regional Maliyyə Müfəttişliyinin rəisi Ədalət Nəbiyev Laçın rayon təhsil şöbəsində aparılan yoxlamalar zamanı şəxsi maraqların dövlətin maraqlarından üstun tutub:
“Ədalət Nəbiyevin rəhbərliy etdiyi yoxlama komissiyasının üzvləri 5 aydır kı,  Laçın rayon təhsil şöbəsində 12 ilin maliyyə yoxlamaların apararkən 10 milyon manatdan çox dövlət vəsaitinin mənimsənildiyi  aşkarlanıb. Ə.Nəbiyevin rəhbərliy etdiyi yoxlama komissiyasının üzvləri orta məktəblərdə apardıqları yoxlamalar zamanı məlum olub ki, bir çox məktəblərdə illərlə tədris olmayıb, dərs jurnaları bele yoxdur, sadəcə dövlətin vəsaiti mənimsənilib. Aşkarlanmış bu kimi ciddi nöqsanlar heç də qabardılmyıb. Ədalət Nəbiyev hər bir məktəbdə mənimsənilmiş vəsaitləri sadəcə korrupsiya dəftərində qeyid edib, rəsmiləşdirməyib.
Hazırda Ədalət Nəbiyev yüksək məbləğdə rüşvətin izin itirmək üçün rəhbərliy etdiyi yoxlama komissiyasının üzvləri yol verilmiş maliyyə pozuntularına düzəliş etməyə başlayıblar.
Məktəblərin mütləq əksəriyyətində yol verilmiş maliyyə pozuntularına düzəliş etməy mümkün olmadığından, Ə.Nəbiyev LRTŞ-nin müdri Nicat Həsənova tapşırıq verərək, həmin məktəblərin arxivlərini müxtəlif yollarla yox edirlər.
Ə.Nəbiyev bir çox məktəblərdə yoxlama  prosedurlarını pozaraq 12 ilin əvəzinə, son 5 ilin maliyyə yoxlamalarını aparıb.
Üstəlik, o, 5 aydır yoxlamanın nəticələrin gizlədir, ictimaiyyətə açıqlamır.
Laçın rayon təhsil şöbəsinin müdri Nicat Həsənov Maliyyə Nazirliyindən gələn yoxlamaya elə bir ziyafət təşkil edir ki, nazirliyin əməkdaşları nəyə gəldiklərini belə unudurlar və vətəndaşın imzası olmadan saxta imza ilə maliyyə naziri Samir Şərifov cənablarına vətəndaşın adından izahat təqdim edirlər.
Cənab Prezident!
Ə.Nəbiyev yüksək məbləğdə dövlət vəsaiti mənimsəmiş direktor və müəllimlər vasitəsi ilə mənə təzyiqlər edir ki, sizə və adiyyatı dövlət orqanlarına müracət etməyim.
Sizdən acizanə surətdə xahiş edirəm, mənim və ailə üzvlərmin təhlükəsizliyinin təmin oluması haqqda göstəriş verəsiz”.

Muxalifet.az

Redaksiydan: Qarşı tərəfin və Təhsil Nazirliyinin mövqeyini dərc etməyə hazırıq.