Təhsil şöbəsinin müdiri haqda ŞOK İDDİA – “39 MƏKTƏB DİREKTORUNUN HƏR BİRİNDƏN 3 MİN MANAT ALIB”

Baxış sayı: 156

Göyçay rayonun bir qrupu sakini tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Məktubda qeyd olunur ki, Göyçay rayon Təhsil şöbəsinin müdiri Elnur İsmayılov idarənin inspektoru Rüstəm Talıbovla əlbir olaraq korrupsiya şəbəkəsi yaratmışlar: “Nəticədə də rayon təhsili bərbad vəziyyətə düşmüşdür. Bu korrupsioner cütlüyün cinayət əmələrinin sayı-hesabı yoxdur”.
Şikayətçilər bildirir ki, Göyçay rayonunda 57 məktəb, onların 39-u  11 illik olmaqla tam orta məktəb, 14-ü 9 illik olmaqla orta məktəb və 4-ü isə ibtidai məktəbdir: “Bu il dərslər başlamağa az müddət qalmış Göyçay Təhsil şöbəsinin müdiri Elnur İsmayılovla oranın inspektoru Rüstəm Talıbov əlbir olub 11-illik  olan 39 tam orta məktəbin direktorlarının hər birindən 3000 manat pul alıblar. Guya Təhsil Nazirliyindən əmr gəlib ki, Göyçay rayonunda  11-illik məktəb 6 sayda olacaq qalanları isə 9 -illik ediləcək. Hər bir məktəb direktorunu ayrı-ayrılıqda çağırıb deyiblər ki,  istəyirsənsə sənin məktəbin 11-illik qalsın, Təhsil Nazirliyinə verilməsi üçün 3000 manat gətirməlisən. Bu minvalla  11-illik olan 39 tam orta mktəbin direktorlarının hər birindən 3000 manat pul alınıb. Məktəb direktorları isə bu pulları müəllimlərdən alıblar ki, pul verilməsə məktəbimiz 9 illik ediləcək və dərs saatlarınız azalacaq. Bu rəqəm isə ümumilikdə 100.000 mantdan çox pul edir ki, korrupsioner cütlük bir qurama planla bu məbləği əldə edib, talançılıq siyasətlərini həyata keçirə biliblər.
Göyçay Təhsil Şöbəsinin müdiri Elnur İsmayılovla oranın inspektoru Rüstəm Talıbov əlbir olub müəllimlərə biri 5 manata sinif rəhbərinin gündəliyini satıblar. Göyçay rayonunda 900 sinif var. Bu da 900 sinif rəhbəri deməkdir. Bu hesabla  bu korrupsioner cütlüyün vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı yolu ilə əldə etdikləri kapitalın həcmi küllü miqdardadır.
Bundan başqa bu korrupsioner cütlük  Göyçay rayon məktəblərində hər bir müəllimə 1 manat 50 qəpiyə "müəllimin gündəlik dərs planı"  və  2 manat 50 qəpiyə isə "müəllimin illik proqramı" kitabını satıblar. Göyçayda 2500 nəfərdən çox  müəllim məktəblərdə dərs deyir. Hesablayanda  bu pul küllü miqdarda vəsait edir. Halbuki müəllimlərin bu kitabları almağa ehtiyac yoxdur. Çünki orta məktəblərdə dərslər kurikulum üsulu ilə keçirildiyindən bütün fənlər üzrə illik proqramı əhatə edən müəllimin metodik vəsaiti Təhsil Nazirliyi tərəfindən tərtib edilib göndərilir.
Bu il Göyçayda 57 məktəbdə təxminən 30 yaxın sinif bağlanılıb. Belə əsaslandırılıb ki, guya həmin siniflərdə 30 nəfərdən artıq şagird yoxdur. Halbu ki, bağlanan siniflərin bir-neçəsində 31-34 nəfərdən çox şagir olub ki, təhsil qanununa əsasən, bir sinifdə 30 dan artıq şagird olarsa "A" və "B" üzrə iki sinifə bölünməlidir.  Hətta Göyçay məktəblərində bir sinifdə 31-34 şagirdin olmasına baxmayaraq, əlavə siniflər açmırlar. Bunun üçün də yaranan sıxlığa görə bir partada 3 şagird əyləşir.
Göyçayda 3 ildir ki, bir neçə məktəbin direktoru hələ təyin edilməyib. Əsasda gətirilir ki, məktəbə direktor təyin olunmaq üçün imtahan verən müəllimlər kəsilirlər. Bu da Göyçay rayon təhsilinin hansı səviyyədə olmasını göstərir.
Yuxarıda göstərdiyimiz  Göyçay Təhsil Şöbəsinin müdiri Elnur İsmayılovla idarənin inspektoru Rüstəm Talıbovun cinayət əmələrinin cüzi bir hissəsidir. Qeyd edək ki, Rüstəm Talıbov keçmiş  Milli Təhlükəsizlik Naziri Eldar Mahmudovun sağ əli Mövlan Şıxəliyevin yaxın qohumu və Sabirabad rayon icra başçsı Nazim İsmayılovun qudasıdır. Bu arxalı təhsil işçisi onların himayəsi altında uzun illərdir ki, belə cinayət əməlləri ilə məşğul olur və  bir ildir Göyçay Təhsil Şöbəsinə müdir vəzifəsinə təyin olunmuş Elnur İsmayılovu da bu cinayətə şərik edib.
Bu gün Göyçay Təhsilinin bərbad gündə olmasının iki əsas səbəkrarı - Elnur İsmayılov və Rüstəm Talıbovun bu korrupsiya əməlləri ciddi araşdırılıb, onların şagird və müəllimlərin gözü qarşısında qandallanaraq həbs edilmələrinə zərurət var. Çünki təhsili məhv etmək milləti yox etməyə bərabər bir cinayətdir. Onların təhsilə vurduqları ziyan soyqırıma bərabərdir.
Biz Prezident cənab İlham Əliyevdən, birinci vitse-prezident Mehriban xanım Əliyevadan və Təhsil naziri cənab Mikayıl Cabbarovdan xahiş edirik, öz maddi, şəxsi maraqlarına görə Göyçay təhsilini bərbad günə qoyan Elnur İsmayılov və Rüstəm Talıbov cütlüyünün cinayət əmələrini araşdırıb, təcili tədbirlər görülməsinə göstəriş verəsiniz”.
Qeyd edək ki, məktuba aşağıdakı sakinlər imza atıb:
1.Quliyeva Cəmilə Oruc qızı
2.Nəsirova Nigar Tahir qızı
3.Abbasova Məsumə Kərim qızı
4 Babayeva Fatma Mikayıl qızı
5 Əliyev Gündüz Səmid oğlu
6.Kərimov Aftandil Qəfər oğlu
7.Hüseynov Yaşar Məhəmməd oğlu

Muxalifet.az

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.