Təhsil sahəsində mühüm YENİLİKLƏR OLACAQ - Nazirdən direktorlara SƏRT XƏBƏRDARLIQ

Baxış sayı:
6004

“Yeni tədris ilində şagirdlərin qiymətləndirməsində yeniliklər olacaq”.
Bu sözləri təhsil naziri Ceyhun Bayram Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ənənəvi sentyabr konfransında çıxışı zamanı deyib.
Nazir bildirib ki, bu istiqamətdə yay aylarında araşdırmalar aparılıb:
“Şagirdlərin dərs yükü bizi narahat edən məsələdir. Bu yay ayları ərzində sözügedən istiqamətdə işlər aparılıb. Yeni məktəb daxili qiymətləndirmə layihəsi hazırlanıb. Sabah bununla bağlı Təhsil Nazirliyində kollegiya iclası keçiriləcək. İclasın nəticəsinə əsasən məktəbdaxili qiymətləndirmədə bir sıra yeniliklər tətbiq ediləcək. Xüsusən ibtidai təhsil üzrə qiymətləndirmədə yeniliklər olacaq.
Məktəblərin reytinqinin qiymətləndirməsində də yeniliklərə imza atacağıq. Bu məsələyə də sabah nazirlikdə keçiriləcək kollegiya iclasında baxılacaq. Sözügedən sistemin bütün ölkə üzrə tətbiqinə maraqlıyıq. Bu reytinqdə yalnız akademik göstəricilər nəzərə alınmayacaq. İdarəetmə ilə bağlı qərarlar qəbul ediləndə məhz həmin reytinqin nəticələrini nəzərə alacağıq”.
Nazir həmçinin məktəblərdə xüsusi günlər, bayram tədbirlərinin keçirilməsi ilə bağlı tövsiyələr də verib. C.Bayramov bildirib ki, məktəblərdə bayramlar xüsusi günlərlə bağlı mərasimlər tədbir xatirinə keçirilməməlidir.
Nazir məktəblərdə bəzi neqativ halların aradan qaldırılması, məktəb əmlakına xüsusi həssaslıqla yanaşılması ilə bağlı məsələyə də toxunub:
“Əfsuslar olsun ki, bu istiqamətdə danışılası mövzular çoxdur. Ancaq hazırda bayram əhval ruhiyyəsini nəzərə alaraq çıxışımı bu istiqamətdə davam etmək istəmirəm. Sadəcə olaraq bunu mesaj kimi qəbul edin. Ümid edirəm ki, gələcəkdə uğurlarımız o qədər çox olsun ki, həmin mövzuları müzakirə etməyə ehtiyac qalmasın”.