Təhsil Nazirliyinin qarşısında aksiya keçirən MÜƏLLİM SAXLANILDI

Baxış sayı:
19054

Cəlilabad rayonu, Göytəpə şəhər Ə.Hüseynov küçəsi, ev 9 ünvanında qeydiyyatda olan, V.Mürsəlov adına 1 nömrəli tam orta məktəbin müəllimi Murad Hüseynov bu gün günorta saatlarında Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Bu barədə Hurriyyet.org-a Murad Hüseynov özü məlumat verib.
Qeyd edək ki, Murad Hüseynov bir neçə gün əvvəl Fuad İbayevlə birlikdə, V.Mürsəlov adına 1 nömrəli tam orta məktəbin direktoru Zaur Ələkbərovun nöqsanlı fəaliyyətinə, yol verdiyi saxtakarlıqlara etiraz əlaməti olaraq Təhsil Nazirliyinin qarşısında aksiya keçirib.
Murad Hüseynovun Hurriyyet.org-a verdiyi məlumata görə, guya o, məhkəməyə çağırılıb, lakin getmədiyi üçün saxlanılıb.