​Təhsil nazirliyində Çxenkeliylə görüş

Baxış sayı:
3955

Aprelin 20-də təhsil naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini Ceyhun Bayramov Bakıda səfərdə olan Gürcüstanın təhsil və elm naziri Mixail Çxenkelinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın hazırkı vəziyyəti, gələcək əməkdaşlıq imkanları müzakirə edilib.
Görüş zamanı iki ölkənin ali təhsil müəssisələri arasında əlaqələrin gücləndirilməsi barədə fikir mübadiləsi aparılıb.