​Təhsil Nazirliyi: Xaricdə təhsil alan 15 mindən çox şəxsin DİPLOMU TANINIB

Baxış sayı:
6295

"Xaricdə təhsil alan şəxslərin diplomlarının tanınması ilə bağlı bu günə qədər Təhsil Nazirliyinə edilən müraciətlərdən 15 mindən çoxuna müsbət cavab verilib, diplomların 3 mindən çoxu isə tanınmayıb".
Bu barədə Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq deyilib.
Təhsil Nazirliyi xaricdə təhsil alan şəxslərin diplomlarının tanınmamasının əsas səbəblərini də açıqlayıb.