“Təhlükəsizliyimizin təmin olunmasını Sizdən xahiş edirəm” - Təhdid olunan baş redaktor prezidentə müraciət etdi

Baxış sayı:
6173

“İndi 0503341411 nömrəsindən telefonuma zəng gəlib. “Sən kimsən Yasamal RİH-nin başçısı Əziz Əzizovu, Sabunçu RİH-nin başçısı Adil Vəliyevi efirdən tənqid etmisən?! Naxçıvanlıları niyə tənqid etmirsən, qorxursan?!” - deyib, hədə qorxu gəlir”.
Bu haqda Reaksiya.TV-nin baş redaktoru Zaur Qəriboğlu açıqlama yayıb.
Təhdid olunduğunu deyən baş redaktor Prezidentə və Birinci vitse-prezidentə müraciət edib: “Baxın, biz deyəndə ki, bu “balaca padşahlar” özlərini toxunulmaz hiss edir, qınayırdınız!
Azərbaycanda fəaliyyət göstərən müstəqil medianın təmsilçisi, azad jurnalist olaraq, qarantımız olan Azərbaycan dövlətinin başçısı cənab prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edirəm! Bu özünü toxunulmaz hesab edən başçılar artıq hədə-qorxuya keçiblər! Ölkədə hakimiyyətin ən üst təmsilçiləri tənqid olunur, heç bir maneə yoxdu, amma bunlar bizi işləməyə qoymurlar!
Cənab prezident, Siz son müşavirənizdə: “ictimai nəzarət artmalıdır” - dediniz. Biz də ölkədə heç bir yerdən asılı olmayan, tam müstəqil, Azərbaycan dövlətçilik maraqlarını üstdə tutan, ictimai nəzarəti heyata keçirən media qurumlarından biriyik. Bu adamlar özlərini o qədər buraxıblar ki, bir jurnalistin nömrəsinə açıq nömrədən zəng edib, açıq-aşkar tənqid edirlər! Hörmətli, cənab prezident!
Hörmətli, Mehriban xanım!
Təhlükəsizliyimizin təmin olunmasını Sizdən xahiş edirəm!
Məlumdur ki, bu nömrə sahibi sonda: “Başçıların xəbəri yoxdur, özüm zəng etmişəm” - deyəcək! Amma məlumdur ki, heç kim durduğu yerdə bir jurnalisti zəng edib, təhdid edə bilməz! Eyni zamanda bu adam keçmiş polis işçisi, adının Azər olduğunu dedi”.
Muxalifet.az