TƏHLÜKƏ: Bu kadrlar Azərbaycanda çəkilib - VİDEO

Baxış sayı: 127

Yolda avtomobil hərəkətdə ola-ola sürücü arxa oturacağa keçir və oradan qapını açaraq yenidən ön oturacağa qayıdır. Nəticədə yolda qəza şəraiti yaratmaqla yanaşı, həm özünün, həm də digər sürücülərin həyatını təhlükəyə atır.
 
"Xəzər xəbər" bildirir ki, sosial şəbəkələrdə yayılan və nə vaxt baş verdiyi bilinməyən bu kadrlar digər bir avtomobilin sürücüsü tərəfindən rayonlararası yolların birində qeydə alınıb.
Videodan göründüyü kimi, 90 ZM 554 dövlət qeydiyyat nişanlı CİP marakalı avtomobilin sürücüsü qayda pozur. Bir müddət sükan arxasından uzaqlaşan sürücü arxa oturacağa keçərək oradan yenidən ön oturacağa qayıdır və bununla nəyisə nümayiş etdirmək istəyir.
Bəs belə halda bu sürücünü hansı cəza gözləyir? Video ilə tanış olan yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, bu halda sürücünü İnzibati Xətalar Məcəlləsinə əsasən yol polisi yalnız 40 manat miqdarında cərimə edə bilər.