​Təhdidlər bizi dayandırmayacaq - Peskov

Baxış sayı:
6196

Rusiyaya edilən təhdidlər bizə təsir etməyəcək.
Muxalifet.az xəbər verir ki, bunu Kreml sözçüsü Dmitri Peskov Rusiyada keçirilən "Energetika həftəsi" beynəlxalq forumunda bildirib.
"Bəzi ölkələrin başçıları tərəfindən aparılan birbaşa hədələr Rusiyanın enerji layihələrini dayandırmayacaq", - Peskov qeyd edib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bir müddət əvvəl verdiyi açıqlamada Rusiya ilə qaz ticarətinə görə Almaniyanı "Rusiyanın əsiri" olmaqda günahlandırmışdı.