Təhdid etdi: "Onlar hücum etmədən BİZ ZƏRƏR VERƏK"

Baxış sayı:
2713

İsrailin baş naziri Benyamin Netanyahu, Qəzzadakı Fələstinliləri, İsrailə zərər verməyə cəhd etmələri vəziyyətində birbaşa hədəf olacaqları ilə təhdid edib.
 
Netanyahunun ofisindən bildiriblər ki, "Davamlı təkrar etdiyimiz açıq və aydın bir prinsipimiz var ki, o da “Sənə zərər vermək istəyənə sən daha öncə zərər ver” prinsipidir. Qəzza Zolağında heç kimin bizə zərər verməsinə icazə verməyəcək, biz onlara zərər verəcəyik".
Qeyd edək ki, İsrail döyüş təyyarələri dünən Qəzzanın şimalında bir Fələstin hədəfinə hava hücumu həyata keçirib.
İsrail ordusunun sözçüsü Avichay Adraee etdiyi açıqlamada, təyyarələrin "Fələstinli bir qrupun sərhəd zolağına yaxın rayona qədər girib, oraya əl istehsalı partlayıcılar yerləşdirməsinə" cavab olaraq Həmasa aid bir hədəfi vurduğunu bildirmişdi.
Müxalifət.az