“Texnoloji müharibə başladı” - Putin

Baxış sayı:
6223

ABŞ-ın Çin nəhəngi “Huawei” şirkətinə yönəlik sanksiyalarını şərh edən Rusiya prezidenti Vladimir Putin, "Digital çağın ilk texnologiya müharibəsidir" deyib.
 
Vladimir Putin ABŞ öndərliyindəki Qərb ölkələri tərəfindən icra edilən “Huawei “şirkətini qlobal bazardan çıxarmaq cəhdinin texnoloji bir müharibənin başlanğıcı olaraq görülə biləcəyini söyləyib.
Putin şirkətə qarşı icra edilən kampaniyanın yaxınlaşmaqda olan digital çağın ilk texnologiya müharibəsi olaraq qiymətləndirildiyinə diqqət çəkib.
 
"TEXNOLOJİ DALĞA TƏKƏLLƏŞDİRİLİR"
 
Putin texnoloji üstünlük təşəbbüslərinin ciddi nəticələri ola biləcəyi mövzusunda da xəbərdarlıq edib. Putin "Yeni bir texnoloji dalğanı təkəlləşdirməyə çalışmaq, onun nailiyyətlərinə daxil olmağa maneə törətmək, ölkələr arasındakı qlobal bərabərsizlik problemlərini tamamilə yeni bir mərhələyə daşımaqdadır" deyib.
Putin bunun dünyada qeyri sabitliyin təməl qaynağı olduğunu əlavə edib.
Müxalifət.az