Texniki baxışın müddəti bitir: cərimələr olacaq

Avtobus və yük avtomobillərinin texniki baxışdan keçmə vaxtının bitməsinə cəmi 2 gün qaldı.
Baş Dövlət Yol Polisi İdarəsinin Müayinə Mərkəzindən "Xəzər Xəbər"ə verilən məlumata görə, indiyə qədər avtobusların cəmi 23-24 faizi, yük avtomobillərinin isə cəmi 32 faizi texniki baxışdan keçib.
Muxalifet.az xəbər verir ki, əvvəlki illərdən fərqli olaraq bu il texniki baxışdan keçməyənlərin aşkarlanmasında radarlardan istifadə olunacaq.
Onu da qeyd edək ki, noyabrın 1-dən etibarən texniki baxışdan keçməyən avtobus və yük avtomobillərinin sürücüləri fiziki şəxsdirsə 50 manat, vəzifəli şəxsdirsə 100 manat, hüquqi şəxsdirsə 300 manat məbləğində cərimə olunacaqlar.